olkepress.com
olkepress.com

Ov icazələri onlayn verilə bilər

19-12-2024, 17:20

Ov icazələri onlayn verilə bilər

“Bu il ov mövsümünün hələ də açılmaması ölkə ərazisində aparılan heyvan və quş növlərinin sayğı nəticələri ilə bağlıdır”.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, hazırda mütəxəssislər tərəfindən araşdırma və monitorinqlər davam edir.

A. Babayeva, həmçinin əhali arasında onlayn ov icazəsinin tətbiqinə marağın az olduğunu açıqlayıb. Onun sözlərinə görə, vətəndaşlar onlayn formada icazədən daha çox “ASAN” xidmət mərkəzlərinə müraciət edərək ovçuluq biletlərini əldə etməyə üstünlük verirlər.

Qurum rəsmisi deyib ki, gələcəkdə onlayn ov icazəsinin tətbiqinin həyata keçirilməsi də nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi