olkepress.com
olkepress.com

Gənc qızın qarnından 5 kiloluq şiş çıxdı

19-12-2024, 16:59

Gənc qızın qarnından 5 kiloluq şiş çıxdı

Bakıda tibbdə nadir görünən əməliyyatlardan biri yerinə yetirilib.

Olkepress.com KONKRET.az-a istinadən bildirir ki, sözügedən əməliyyat Xətai Tibb Mərkəzində baş tutub. 27 yaşlı qadının uşaqlıq borusundan nəhəng şiş – sistadenoma çıxarılıb.

Əməliyyat barədə məlumat verən cərrah Mehriban Hacızadəbildirib ki, xaric edilən şişin çəkisi 5 kiloqram olub.

“Adətən, uşaqlıq borusunda əmələ gələn şişlər böyüdükcə borunun bütövlüyünü pozur. Bu, əksər hallarda uşaqlıq borusunun partlamasına səbəb olur və xüsusilə hamiləliyin üçüncü-dördüncü həftələrində bu təhlükə daha yüksəkdir. Lakin bu xəstədə belə bir hal baş verməyib. İlk müayinələr zamanı şişin yumurtalıqlarda olduğunu düşünürdük. Əməliyyat zamanı məlum oldu ki, şiş sağ uşaqlıq borusunda yerləşir.

Xoşxassəli olan bu şiş maye tərkibli idi. Onun bütövlüyünü pozmadan xəstənin bədənindən çıxarmağa nail olduq. Hər iki yumurtalığı və uşaqlığı sağlam saxladıq, lakin sağ uşaqlıq borusunu kəsib götürmək məcburiyyətində qaldıq. Xəstə hazırda evə buraxılıb, səhhətində heç bir problem yoxdur. O, gələcəkdə ana olmaq şansını itirməyib,” – deyə cərrah qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi