olkepress.com
olkepress.com

Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi

3-12-2024, 17:33

Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nəsimi rayonunda tədbir keçirilib.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 100-dən artıq əqli və fiziki cəhətdən qüsurlu uşaqlar və aztəminatlı ailələrin uşaqları iştirak edib.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva qeyd edib ki, keçirilən tədbirlərin məqsədi əlilliyi olan şəxslərin hüquqlarını müdafiə etmək, onların cəmiyyətə tam və bərabər inteqrasiyasını təmin etməkdir: “Bu günlə bağlı rayonumuzda müxtəlif tədbirlər, sərgilər və ictimai maarifləndirmə kompaniyaları təşkil olunur. Eyni zamanda əlillərin sosial müdafiəsi və reabilitasiya istiqamətində dövlət programları həyata keçirilir. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib. Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsayli lahiyələr həyata keçirir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev fondu bu sahədə bir çox təşəbbüslər irəli sürüb və sosial lahiyələr həyata keçirib.

Belə ki, əlilliyi olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün evlərin tıkılməsi və təmir edilməsi, müasir reabilitasiya mərkəzlərinin yaradılması, maddi rifahların yüksəlməsi, müalicə olunması, maşınla təmin edilməsi, təqaüdlərin artırılması sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə son nəsil müasir protezlə təmin olunub. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri, sərgilər də davamlı xarakter alıb”.

Sonda sağlam və sağlamlıq imkanları məhdud dərnək üzvləri tərəfindən bədii hissə nümayiş etdirilib, onların əl işlərindən ibarət satış-sərgisi təşkil olunub.
Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi
Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi
Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi
Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi
Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi