olkepress.com
olkepress.com

Müharibə iştirakçılarına qarşı dələduzluq edildi

26-09-2024, 15:24

Müharibə iştirakçılarına qarşı dələduzluq edildi

Bakının Nəsimi rayonunda müharibə iştirakçılarına qarşı dələduzluq edilib.

Bu haqqda DİN-dən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb.

Araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil,sığorta pulu,əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinauət işi başlanılıb. Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi