olkepress.com
olkepress.com

5 il həbs cəzası verilən transeksuala hakim BƏRAƏT VERDİ

28-07-2022, 19:14

5 il həbs cəzası verilən transeksuala hakim BƏRAƏT VERDİ

Bir müddət əvvəl müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovanın gözəllik salonuna hücum edən, külli miqdarda narkotik dövriyyəsi və xuliqanlıqda təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilmiş, LGBT nümayəndəsi Kənan Tağıyev barəsində hökmdən verilmiş şikayətə baxılıb.

Olkepress.com APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə ittihamedici hökm tamamilə ləğv edilib.

Hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi məhkəmə heyəti cinayət işinin birinci instansiya məhkəməsində düzgün tədqiq edilmədiyi qənaətinə gəlib.

Məhkəmənin qərarı ilə Kənan Tağıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, sözügedən şəxs N. İbrahimovaya 5 min manatdan çox məbləğdə zərər vurub. Salonda 2400 manatlıq güzgünü, 2600 manata olan saç aparatını, hər biri 350 manata olan güldanları sındırıb, min manatlıq gülü qırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi