olkepress.com
olkepress.com

Nazirin dostu Bərdə DSMF-də “bazar“ açıb... - Vidadi Kərimov kimdir?

25-05-2022, 16:43

Nazirin dostu Bərdə DSMF-də “bazar“ açıb... - Vidadi Kərimov kimdir?

Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sistemindən narazılıq artmaqdadır. Nazir Sahil Babayevin dövlət başçısının tapşırıqlarına əsasən bu sahədə müəyyən islahatlar, yeniliklər aparmaq təşəbbüsü bəzi yerli idarələrin rəhbərləri tərəfindən dəstəklənmir.

Məlumata görə kütləvi narazılıq olan təşkilatlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsidir.

Belə ki, bu qurumda sözün əsl mənasında insanlar süründürməçiliyə məruz qoyulur. Bu dövlət müəssisəsinə gələn vətəndaşlar prosesin uzanmasının səbəbini soruşanda onlara “yuxarı” sorğu göndərmişik, hələ cavab vermirlər” deyirlər. Pensiyaların artımı baş verəndə yenidən hesablanması zamanı artan pensiya məbləğinin bir aylıq həcminin iki misli qədər rüşvət verməsən, işin düzəlməz. Müavinətlərin hesablanması zamanı aşkar rüşvət umulur.

Lakin müəssisənin qoyduğu "tələblərlə" razılaşan vətəndaşların pensiya məsələləri qısa zamanda həllini tapır.

AzFakt.com Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinin müdiri Vidadi Kərimov barədə araşdırma aparıb.

Qeyd edək ki, uzun illər Vergilər nazirliyi sistemində yüksək vəzifələrdə çalışan Vidadi Kərimov işində yol verdiyi saxtakarlığa görə bu sistemdən xaric edilib. Vidadi Kərimov Vergilər nazirliyi sistemində çalışdığı müddətdə özünə xeyli miqdarda var-dövlət də toplaya bilib. Məlumata görə onun hazırda Bakının mərkəzində nazirlərin, biznes adamlarının yaşadığı kompleksdə lüks mənzilinin, eləcə də digər obyektlərinin olduğu deyilir.

Vidadi Kərimovun Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinin müdiri vəzifəsinə təyin olunmasında nazir Sahil Babayevlə olan dostluq münasibətlərinin olması da məlumatlar arasında yer alır.

İddialara görə Vidadi Kərimov yaxın zamanlarda nazirliyin Bakı şəhərində olan təşkilatların birinə gətiriləcəyi də iddialar arasındadır.

Xatırladaq ki, S.Babayev nazir təyin edildikdən sonra Prezident İlham Əliyev cənablarının əmək və sosial müdafiə sahəsi ilə bağlı tapşırıqlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti üçün bir yol xəritəsi olduğunu və bu tapşırıqların əhaliyə xidmət sahələrində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsini nəzərdə tutduğunu bildirmişdi.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi