olkepress.com
olkepress.com

Azərbaycanlı əlillər etiraz aksiyası keçirdi - Foto

23-09-2019, 22:39

Azərbaycanlı əlillər etiraz aksiyası keçirdi - FotoGürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının üzvləri Marneuli rayonunda etiraz aksiyası keçiriblər.

Report xəbər verir ki, aksiya Marneuli rayonunun bələdiyyə binasının qarşısında baş tutub.

Etirazçılar Marneuli rayon rəhbərliyinin əlil şəxslərə lazımı qayğı və diqqət göstərməməsindən şikayətləniblər.

Assosiasiyanın sədri Rövşən Əliyev bildirib ki, Gürcüstanda yaşayan fiziki məhdud və xüsusi qayğıya ehtiyacı olan azərbaycanlı vətəndaşların hüquqları tapdalanır və onların problemləinə biganə yanaşılır.

Etirazçılarla görüşən Marneuli rayonunun icra başçısı Zaur Darğallı bildirib ki, builki yerli büdcə əlillərin üzləşdiyi bütün problemlərin həll olunması üçün kifayət etmir. O deyib ki, 2020-ci ilin büdcəsi üzərində iş aparılır və gələn ildən xüsusi qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həllinə səylər göstəriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi