olkepress.com
olkepress.com

Azərbaycanda karantin sərtləşdiriləcək? - VİDEO

22-11-2021, 12:17

Azərbaycanda karantin sərtləşdiriləcək? - VİDEO

"Bu, daha çox delta ştammının yayılması və vaksinasiya göstəricilərinin aşağı olması ilə əlaqələndirilir. Sərhəd qonşularımız arasında ən çox ölüm halı Rusiyada, daha çox isə Türkiyə və İranda qeydə alınıb".

Ölkəpress.com xəbər verir ki, bu sözləri "Real TV"-yə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova bildirib.

O əlavə edib ki, Azərbaycanda epidemiloji vəziyyətdə stabillik müşahidə olunur: "Bu isə ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsi ilə bağlıdır".

TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva da ötən gün bildirib ki, vaksinasiya prosesi başlayandan etibarən bir neçə dəfə yoluxma hallarında ciddi artımlar müşahidə edilib: "Buna baxmayaraq, karantin sərtləşdirilməsinə gedilməyib. Buna səbəb ölkədə aparılan vaksinasiya prosesinin müsbət nəticə verməsidir”.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi