olkepress.com
olkepress.com

Ədliyyə naziri: “2200 məhkum cəzadan tamamilə azad edilib”

22-11-2021, 12:09

Ədliyyə naziri: “2200 məhkum cəzadan tamamilə azad edilib”

Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu yaradılıb, digər konkret tədbirlər görülüb.

Ölkəpress.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-da yayımlanan məqaləsində qeyd edilib.

O bildirib ki, bunun nəticəsidir ki, nazirlik tərəfindən elə ilk gündən amnistiyanın tətbiqinə başlanıb:

“Amnistiya indiyədək 1300-dək şəxsə şamil olunub. Amnistiya aktının humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Böyük ictimai marağa səbəb olan tədbirdə verilmiş açıqlamalar barədə KİV-lərdə və internet resurslarında 300-dək məlumat yayımlayıb.

Ümumiyyətlə, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində dövlət başçısının təşəbbüsü ilə son illər ərzində cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.

Bu dəyişikliklər nəticəsində 2200 məhkum cəzadan tamamilə azad edilib, 3500 məhkumun isə cəza müddəti azaldılıb. Pandemiya başlanandan dərhal sonra risk qrupuna daxil olan yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Eyni zamanda, 1500 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Bu il Novruz bayramı ərəfəsində imzalanmış əfv Sərəncamı isə daha genişliyi ilə fərqlənərək 625 nəfərə şamil olunub”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi