olkepress.com
olkepress.com

Mənzillərə hələ də istilik verilməyib? - AÇIQLAMA

16-11-2021, 13:09

Mənzillərə hələ də istilik verilməyib? - AÇIQLAMA

Paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanıldığı bildirilsə də hazırda bir sıra yerlərdə istiliyin təmin edilmədiyi ilə bağlı müraciətlər mövcuddur.

Oxu.Az-ın məlumatına görə, bu gün etibarilə bəzi ərazilər üzrə artıq ikinci gündür ki, istilik sistemlərinin çalışmadığı bildirilir.

Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Nizami İsmayılov küçəsi, Nizami rayonunun Bəhruz Nuriyev küçəsi və Xətai rayonunun Həzi Aslanov metrosu, İlqar Zülfiqarov küçəsi ünvanı üzrə sakinlər hazırda soyuq hava ilə yanaşı istilik sistemlərinin də çalışmamasından dolayı əziyyət çəkdiklərini deyirlər.

Məlum olduğu kimi, noyabr ayının 15-dən etibarən “Azəristiliktəchizat” tərəfindən qış rejiminə keçidlə əlaqədar istilik sistemlərinin işə salındığı barədə məlumat verilib və vətəndaşların hər hansı sual, həmçinin istilik təchizatında problem yaranarsa 956 - Çağrı Mərkəzinə müraciət edə biləcəkləri qeyd edilib.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi sakini Mirzə Niftəliyev bildirir ki, artıq ikinci gündür ki, istilik verilməyib və “Azəristiliktəchizat”ın qaynar xətti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, hazırda bütün qazanxanalara qaz verilişi təmin edilib:

“Qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Bizə verilən məlumata əsasən bütün qazanxanalara qaz verilişi təmin edilib. Hazırda şikayət daxil olan ərazilər üzrə əməkdaşlarımız yoxlanışa cəlb edilib. Onlar yerindəcə qazanxanalardakı vəziyyətin necə olduğunu öyrənəcəklər. Vəziyyət araşdırılıb, məlumat veriləcək.

Qaynar xəttimiz isə normal şəkildə fəaliyyət göstərir. Səhər saatlarından etibarən qaynar xəttimizə zənglər daxil olub”.

Hazırda şikayət edilən ərazidə “Azəristiliktəchizat” ASC-nin 17 saylı İstilik Sistemləri İstismar Sahəsi üzrə 227 saylı qazanxanasının tam şəkildə fəaliyyət göstərdiyi təsdiq edilib. Digər ərazilər üzrə də araşdırma aparılır.

Qeyd edək ki, bu il “Azəristiliktəchizat” ASC-nin işləməsi nəzərdə tutulan 559 qazanxana və 90 istilik məntəqəsi vasitəsilə 3870 yaşayış binası, həmin yaşayış binalarında 184 minə yaxın mənzil, eyni zamanda layihə üzrə tərəfimizdən istilik enerjisi ilə təmin olunması nəzərdə tutulan bütün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və digər sosial, təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi planlaşdırılıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi