olkepress.com
olkepress.com

"Evimin qəzalı olması ilə bağlı akt tərtib olunub, ancaq baxan yoxdur" - VİDEO

17-12-2019, 10:36

"Evimin qəzalı olması ilə bağlı akt tərtib olunub, ancaq baxan yoxdur" - VİDEOBu il fevral ayının 5-dən 6-a keçən gecə Ağsuda baş vermiş zəlzələdə evi ciddi xəsarət almış Ağsu sakini səlahiyyətli qurumlardan şikayətçidir.

Yeniavaz.com xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində həyat yoldaşı və 3 övladı ilə yaşayan Rüstəmov Şamo Fazil oğlu, zəlzələdən sonra rayon icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Mirəli Qurbanov, “Taleh TT” MMC-nin iş icraçısı Mürsəl Gülməmmədovla birgə evə baxış keçirib. Bu zaman bəlli olub ki, ev qəzalı vəziyyətdədir və təmiri qeyri-mümkündür. Adıçəkilən şəxslər və ev sahibi bu barədə AKT tərtib ediblər və imzalayıblar. Lakin R. Şamo bildirir ki, o tarixdən etibarən heç kim onun “qapısını açmayıb”. O, məsələ ilə bağlı video-müraciət yayımlayıb və səlahiyyətli şəxslərin məsələyə diqqət göstərməsini tələb edir. Həmin kadrları təqdim edirik:
Məsələ ilə bağlı Ağsu rayon icra hakimiyyətinin aidiyyatı şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da bütün zənglərimiz cavabsız qaldı.

Ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi