olkepress.com
olkepress.com

Narazı qaziyə əlillik təyin edildi - RƏSMİ - FOTO

30-10-2021, 14:31

Narazı qaziyə əlillik təyin edildi - RƏSMİ -  FOTO

Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun müalicəsi başlayıb.

Ölkəpress.com "Oxu.Az"a istinadən xəbər verir ki, bu haqda F.Ağayev özü bildirib.

O, müalicəsinin dövlət hesabına davam etdirildiyini deyib:

“Ötən aydan mənə 3-cü dərəcə əlillik təyinatı da təyin edilib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsi qazisi, Cəlilabad rayon sakini Ağayev Fariz Hidayət oğluna bir müddət əvvəl ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub:

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin həkim-ekspertləri onu evində müayinə edib və əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesinə dəstək göstəriblər. Bundan sonra aidiyyəti qurumlar tərəfindən həmin qazimizlə bağlı şəhadətnamə və göndəriş e-sistemə daxil edilib.

Narazı qaziyə əlillik təyin edildi - RƏSMİ -  FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi