olkepress.com
olkepress.com

Azərbaycanda müşahidə edilən faktiki hava AÇIQLANDI

26-10-2021, 14:12

Azərbaycanda müşahidə edilən faktiki hava AÇIQLANDI

Ölkə ərazisində oktyabrın 25-i axşam saat 18:00 radələrindən başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 26-sı səhərədək düşən yağıntının miqdarı Ləzədə (Qusar) 27 mm, Qubada 15 mm, Qrızda 14 mm, Daşkəsən, Qusarda 18 mm, Xınalıqda 12 mm, Şahdağ, Xaltanda 11 mm, Altıağacda 9 mm, Göygöldə 8 mm, Gədəbəy, Lerikdə 7 mm, Şabran, Oğuz, Qobustanda 5 mm, Gəncə 4 mm, Sarıbaş (Qax), Biləsuvar, Hacıqabul, Salyan, Sabirabad, Cəfərxan, Qazıməmməd 3 mm, Kişçay (Şəki), İsmayıllı, Ağdərədə (Ordubad) 2 mm, Naxçıvan, Naftalan, Şəmkir, Zaqatala, Şəki, Tərtər, Bərdə, Yevlax, İmişli, Neftçala, Göytəpə, Lənkəranda 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında Maştağa, Pirallahıda 4 mm, Bakıda 3 mm, Sumqayıtda 2 mm olub.

Qar örtüyünün hündürlüyü Ləzə, Xınalıqda 25 sm, Qrızda 23 sm, Dəstəfurçay-Qaraqollar (Daşkəsən) 11 sm, Şahdağ, Xaltanda 3 sm, Qusarda 2 sm, Altıağac, Daşkəsəndə 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Tərtərdə 27 m/s, Tovuzda 24 m/s, Ağdam, Bərdədə 23 m/s, Ağstafa, Nabran, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöl, Göyçayda 18 m/s, Mingəçevir, Yevlaxda 17 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Şərurda 15 m/s, Bakı, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Neft Daşları, Çilov adası, Maştağada 24 m/s, Sumqayıtda 22 m/s, Binədə 21 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcə, aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək şaxta, Naxçıvan MR-da 3-10 dərəcə isti olub.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi