olkepress.com
olkepress.com

Gəncə Hərbi Məhkəməsində DƏLƏDUZ PEYDA OLUB...

26-10-2021, 14:08

Gəncə Hərbi Məhkəməsində DƏLƏDUZ PEYDA OLUB...

Nəzərinizə çatdıraq ki, Gəncə Hərbi Məhkəməsi 1992-ci ildə yaradılmış və 2000-ci ilədək Gəncə Qarnizonu Hərbi Tribunalı adı altında fəaliyyət göstərmişdir.

2000-ci ildən bu günədək Gəncə Hərbi Məhkəməsi adı altında fəaliyyətini davam etdirir. Gəncə Hərbi Məhkəməsində bu yaxınlarda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Həbibov Kənan Faiq oğlunun məhkəmə prosesi başa çatıbdır. Hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə K.Həbibov barəsində qanunauyğun hökm oxunubdur və o, hal-hazırda Kəlbəcər ərazisində xidmətini davam etdirir.Redaksiyamıza müraciət edən Həbibov Kənan Faiq oğlunun yaxınları idda edirlər ki, həmin vaxt hakimin köməkçisi olan Kamal adlı şəxs onların etibarından sui-istifadə edərək 5.500 manat rüşvət almışdır. Köməkçi Kənanın günahının olmadığını bildiyindən onlara deyib ki, əgər bu pulu verməsə, o həbs oluna bilər. Onlar da çarəsiz qalaraq bu pulu ona vermişlər. Bir müddət bundan əvvəl isə öyrəniblər ki, bu pulu Kamal onları aldadaraq alıbdır, bu işdən hakimin məlumatı belə yoxdur və Nurəddin Hüseynli özü ədalətli hökm çıxarıbdır. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi tədbir görəcək və günahkarlar cəzalandırılaraq vətəndaşlara dəyən ziyan da ödəniləcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. (aktualxeber.az)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi