olkepress.com
olkepress.com

“Taliban”ın axtardığı qadın aktivist: “Məni edam edəcəklər” - VİDEO

17-09-2021, 13:59

“Taliban”ın axtardığı qadın aktivist: “Məni edam edəcəklər” - VİDEO

“Taliban” Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl qadın hüquqları müdafiəsi üzrə fəallığı ilə məşhur olan Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır.

Hazırda o, “Taliban” rejimindən gizlənir.

Taranom Seyidi “CNN” müxbiri ilə söhbəti zamanı yaşadığı dəhşəti dilə gətirib. Məlumata görə, bu qadının “Taliban”ın gözündə yeganə təqsiri küçələrdə bərabərlik hüquqlarını tələb etməkdir.

Buna görə, o döyülüb və təzyiqlərə məruz qalıb. Bu səbəbdən “Taliban” qorxusu onu hər yerdə izləyir.

Taranom Seyidi hazırda ailəsinin və zorakılıqdan xilas etdiyi uşaqların qayğısına qalan yeganə insan olduğunu deyib. Bununla belə, ölkədə qalmağın onun üçün ölüm riski daşıdığını vurğulayıb.

T. Seyidi bildirib ki, onun taleyi kömək üçün müraciət etdiyi ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən asılıdır. O, ölkəni tərk edəcəyi halda da mübarizəsini davam etdirəcəyini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi