olkepress.com
olkepress.com

Yeni icra başçıları ictimaiyyət nümayəndələrinə təqdim olundu

16-09-2021, 16:53

Yeni icra başçıları ictimaiyyət nümayəndələrinə təqdim olundu

Prezident İlham Əliyevin sərəncamları ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Rafiq Cəlilov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Rəşad Tağıyev ictimaiyyət nümayəndələrinə təqdim olunub.

Ölkəpress.com APA-ya istinadən xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev onları rayonların ictimaiyyət nümayəndələrinə təqdim edib.

Xatırladaq ki, sentyabrın 14-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Rafiq Cəlilov Cəlilabad RİH, Rəşad Tağıyev isə Şəmkir RİH başçısı vəzifəsinə təyin olunublar. Dövlət başçısı onları vəzifəyə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi