olkepress.com
olkepress.com

Deputat karantin cərimələrinin ləğvinə qarşıdır: "...Məqbul hesab etmirəm”

8-09-2021, 20:31

Deputat karantin cərimələrinin ləğvinə qarşıdır: "...Məqbul hesab etmirəm”

Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib. Bu barədə açıqlama verən Baş nazir İrakli Qaribaşvili ödənməmiş cərimələrin ümumi məbləğinin hardasa 76 milyon lari (təxminən 24 milyon dollar) olduğunu söyləyib:

"Cərimələrin ləğvi qərarı Gürcüstanın 245 mindən çox sakinini və 344 hüquqi şəxsi əhatə edəcək. Karantin qaydalarını pozan vətəndaşlar həm inzibati, həm də cinayət məsuliyyətindən azad ediləcəklər”.

Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir. Maraqlıdır, ölkəmizdə də karantinlə bağlı cərimələrin ləğvi mümkündür?

Sualımızı cavablandıran iqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, Gürcüstan da Azərbaycan kimi müstəqil bir dövlətdir. Millət vəkili, epidemiyanın qarşısını almaq üçün Operativ Qərargahın istənilən addımını dəstəkləklədiyini söyləyib:
“Koronavirus amansız bir xəstəlikdir. Yenidən Avropa ölkələrində xəstəliyin kəskin artımı müşahidə olunur və müəyyən məhdudlaşdırmalara gedilir. Ona görə də ölkəmizdəki müvafiq sturukturların verdiyi qərarlara əməl etməliyik. Əvvəllər yoluxanların sayı 70 civarında olurdu, indi isə 4 minə yaxındır, ölənlərin sayı da çoxalır. Yoluxma sayının çoxalması kimi toyları əsas gətirirdik. İndi isə toylar yoxdur, amma yenə də yoluxanların sayı azalmır”.

Deputat qeyd edib ki, iqtisadiyyatımızı işlək vəziyyətdə saxlamalıyıq:

“Karantinlə bağlı cərimələrin ləğvi dövlətin siyasətinə aid bir məsələdir. Operativ Qərargah cərimələrin ləğvini uyğun bilsə, bu addımı atacaq. Biz cərimələrin ləğvini tələb etsək və koronavirusa yoluxma sayı daha da artsa, məsuliyyəti kim daşıyacaq? Ona görə də cərimələrin ləğvini məqbul hesab etmirəm”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi