olkepress.com
olkepress.com

Kəmaləddin Heydərov topçu Vüsalı İŞƏ GÖTÜRDÜ

31-07-2021, 10:57

Kəmaləddin Heydərov topçu Vüsalı İŞƏ GÖTÜRDÜ

Vətən müharibəsində "Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov həqiqi hərbi xidmətini başa vuraraq, boya-başa çatdığı Xaçmaz rayonunun Qusarçay kəndinə geri dönüb. O, bundan sonra Fövqaladə Hallar Nazirliyində çalışacaq. Burada işləmək onun uşaqlıq arzusudur.

- Vüsala digər nazirliklərdən iş təklifi gəlsə də, oğlum FHN-də işləməyi seçdi,- İslam Şahkərimov oğlunun yeni işindən danışarkən deyib. - Oğlum hələ hərbi xidmətdə olanda ona iş təklifi etmişdilər. Mən evimizə gələn nazirlik işçilərinə Vüsalı gözlədiyimizi və onun seçim edəcəyini bildirdim. Sağ olsunlar, oğlum geri dönəndən sonra da iş təklifini qüvvədə saxladılar.
- Müdafiə Sənayesi naziri Mədət Quliyev də onu nazirlikdə işə dəvət etmişdi. Daha sonra Xaçmaz rayon polis şöbəsinin rəisi müavini də bizə gəlmişdi. Ancaq oğlumun seçimi FHN oldu,- qəhrəmanın atası deyir.

Qeyd edək ki, Vüsal Şahkərimov ötən gün 20 yaşını qeyd edib. O, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı ərazilərində döyüşüb və Şuşada xidmətini davam etdirib. (azvision.az)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi