olkepress.com
olkepress.com

Yaqut Qarayeva ölkədə xəstəxanaların fəaliyyətini tənqid etdi: “Xəstəxanalarda infeksiyaya nəzarət olsaydı...”

30-07-2021, 20:34

Yaqut Qarayeva ölkədə xəstəxanaların fəaliyyətini tənqid etdi: “Xəstəxanalarda infeksiyaya nəzarət olsaydı...”

“Əgər ölkədə fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çünki koronavirus hava-damcı yolu ilə yoluxan xəstəlikdir”.

Ölkəpress.com xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, öncədən hava-damcı yolu ilə keçən xəstəliklərin izolyasiya qaydalarını tətbiq etsəydik, bəlkə də mövcud proqramda bu qədər çox dəyişiklik olmayacaqdı:

“Bu gün koronovirus pandemiyası böyük təkan verdi ki, proqramda ciddi dəyişikliklər edilsin. Ən azından xəstəxanalarda daxil olan və çıxan xəstələrə qarşı ilkin izolyasiya tədbiri tətbiq edilir. Yüksək hərarətlə gələn xəstələrin ilkin izolyasiyası aparılır, bu, müsbət göstəricidir. Amma əvvəl həmin prosesi bu dərəcədə düşünmürdük. İndi isə biz gələn xəstələrin COVID-19 xəstəsi ola biləcəyini düşünürük. Ümid edirəm ki, gələcəkdə bu sistemi daha da təkmilləşdirəcəyik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi