olkepress.com
olkepress.com

AĞCABƏDIDƏ KÜÇƏYƏ ATILAN KÖRPƏNIN ANASI TAPILDI

29-07-2021, 17:07

AĞCABƏDIDƏ KÜÇƏYƏ ATILAN KÖRPƏNIN ANASI TAPILDI
Əvvəllər kütləvi informasiya vasitələrində və sosial media səhifələrində xəbər verildiyi kimi, 22 iyul 2021-ci iltarixdəAğcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “ŞəhidlərXiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılıb və onun səhhətinin normal olması müəyyənləşib.

Bu barədə Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib. Sonuncu ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi