olkepress.com
olkepress.com

Həftəsonu ictimai nəqliyyata qoyulan qadağa ləğv edilir? - AÇIQLAMA

26-07-2021, 19:16

Həftəsonu ictimai nəqliyyata qoyulan qadağa ləğv edilir? - AÇIQLAMA

Həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına dair qaydaların qüvvədə saxlanılması məqsədəuyğundur.

Ölkəpress.com xəbər verir ki, bunu brifinqdə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması yoluxma sayına müsbət təsir edir:

“Şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməsi müzakirə edilmir. Çünki, ictimai nəqliyyatın həftəsonu fəaliyyətinin məhdudlaşdırılması yoluxma sürətinin aşağı düşməsinə təsir edib. Biz bunun sayəsində yoluxma sürətinə, epidemik vəziyyətə nəzarət edə bilirik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi