olkepress.com
olkepress.com

Yaqut Qarayeva: “Son günlərdə yoluxma sayı 5 faiz artıb”

26-07-2021, 15:27

Yaqut Qarayeva: “Son günlərdə yoluxma sayı 5 faiz artıb”

Son günlərdə yoluxma sayı 5 faiz artıb.

Ölkəpress.com xəbər verir ki, bu sözləri operativ qərargahın keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, son dövrlərdə yoluxma sayında müşahidə edilən artım bizi narahat edir:

“Bu gün virusa yoluxanlar arasında yaş faktoru daha çox 30-39 yaş aralığı müşahidə edilir. Yoluxma bu yaş qrupu arasında daha yüksəkdir. Eyni zamanda kişi və qadınlar arasında yoluxma mövcud vəziyyətdə artıq bərabər saydadır”.

Y.Qarayeva onu da qeyd edib ki, bölgələr üzrə ən çox yoluxma 54 faiz ilə Bakının payına düşür. Paytaxt ərazisində isə Binəqədi rayonunda yoluxma sayı yüksəkdir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi