olkepress.com
olkepress.com

Emin Əmrullayevdən ölkə üzrə təhsil forması ilə bağlı XƏBƏRDARLIQ

1-04-2021, 20:13

Emin Əmrullayevdən ölkə üzrə təhsil forması ilə bağlı XƏBƏRDARLIQ
“Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, yoluxma halları artdığı təqdirdə tədrisin əyani formada keçirildiyi ərazilərdə də dərslərin distant formaya keçirilməsi nəzərdə tutulur:

“Qeyd edək ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur”.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi