olkepress.com
olkepress.com

Kollecdə direktorun müəllimə bacısının şok əməlləri

4-03-2021, 10:43

Kollecdə direktorun müəllimə bacısının şok əməlləri“Bakı İqtisadiyyat və Humanitar Kolleci rüşvət yuvasına çevrilməkdə ittiham edilir. Kollecin direktoru Rüxsarə Əliyeva bu təhsil ocağını market kimi idarə edir. Kollecdə hər şey direktorun “qiymət tas”ından asılıdır. Yəni, tələbələrdən toplanan pulların məbləği bazar məzənnələri ilə tənzimlənir.”

Reportaj.tv xəbər verir ki, internetdə axtarış verərkən Bakı İqtisadiyyat və Humanitar Kolleci haqda məhz bu tipli xəbərlərə rast gəlmək olur: “Mediada yayılan xəbərlərdə bildirilir ki, kollec direktoru tələbələrdən alınan pulları bacısının əliylə toplayır. Bacısı isə kollecin koridorunda gəzməklə duruma nəzarət edir və alış-veriş işlərini reallaşdırır.
Səhərdən axşama qədər əlində çanta ilə koridorda dolaşan sözügedən şəxsin Bakı İqtisadiyyat və Humanitar Kollecində işləməməsi isə bir ayrı mətləbdir. Kollecin direktoru Rüxsarə Əliyeva Təhsil Nazirliyindən buraya transfer olunduqdan sonra qaydalarla yanaşı, durum da dəyişib.”
Bəzi saytlarda direktorun hətta süpürgəçinin maaşını mənimsədiyi iddia olunur.Lakin bu gün mövzu başqadır. Saytımıza daxil olan məlumata görə Rüxsarə Əliyevanın kollecdə işləyən Səadət adlı bacısı haqda cinayət işi açılıb. Xəbər verilir ki, bir neçə gün əıvvəl onu hətta polis idarəsində dindiriblər. Səadət xanımın bir neçə adamdan iş düzəltmək və s. işlər adı altında böyük məbləğlər aldığı deyilir. Ehtimal ki, bu işdə direktorun da adı hallanmamış deyil. Məsələ ilə bağlı kollecə zəng edib direktorla əlaqə saxlamaq istəsək də iclada olduğunu dedilər. Məsələ ilə bağlı özünə xəbər veriləcəyini dedilər.
Rüxsarə Əliyeva iclası bitirən kimi qarşı tərəf kimi mövqeyin dərc edə bilərik.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi