olkepress.com
olkepress.com

Azərbaycanda məktəbdə 8 Martla bağlı "bəyannamə"

22-02-2021, 13:42

Azərbaycanda məktəbdə 8 Martla bağlı "bəyannamə"Sosial şəbəkələrdə 106 nömrəli məktəbdə 8 Marta pul yığılması ilə bağlı "bəyannamə"nin hazırlanmasına dair fotolar yayılıb.

Yayılan fotolarda "bəyannamə"nin 11-si siniflər üçün nəzərdə tutulduğu və bir neçə bənddən ibarət olduğu görünür. Belə ki, "bəyannamə"də qeyd olunub ki, bu il sonuncu ildir və buna görə də müəllimləri təbrik etmək lazımdır. Bununla yanaşı, qiymət bu il daha yüksək, minimum 100 manat olmalı, pul verilməzsə 5 Oktyabrda olduğu kimi müəllimlər şagirdlərin qiymətini kəsəcəklər və s. kimi maddələr "bəyannamə"də öz əksini tapıb.

İddialara görə, "bəyannamə" müəllimlər tərəfindən hazırlanıb. Fotolarda "bəyannamə"nin 18 fevral 2021-ci il tarixində tərtib olunduğu qeyd olunub.(yeniavaz.com)

Azərbaycanda məktəbdə 8 Martla bağlı "bəyannamə"


ölkəpresscom


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi