olkepress.com
olkepress.com

 Buralarda korrupsiya TIĞ VERİR...

29-07-2021, 19:08

 Buralarda korrupsiya TIĞ VERİR...

“Bakı Turizm peşə məktəbi” maşın və avadanlıqlar alınması üçün elan etdiyi tenderin qalibi müəyyən olunub.

TİA.Az bildirir ki, müsabiqədə “Office Mebel” MMC şanslı olub və şirkətə 46 356.3 manat köçürülüb.
Lakin internet resurslarında bu şirkətin mövcudluğu haqda heç bir məlumata rast gəlinmir. Belə çıxır ki, burada ciddi maxinasiya şübhələrinə yol açılır.
Bakı Turizm Peşə Məktəbi 2012-ci ildə Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində 11 saylı Bakı Peşə Liseyinin bazasında yaradılıb.
Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşpaz, barmen, bufetçi, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib, fərdi kompüter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmizləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanır.
Təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və rus dillərində keçirilir. Mətbuatda gedən məlumatlarda göstərilir ki, sözügedən təhsil ocağının fəaliyyətində bir sıra nöqsanlara yol verilir.
Qəbulun ümumi qaydalarında göstərilir ki, qəbul zamanı xarici dilləri müəyyən səviyyədə bilənlərə üstünlük verilir. Lakin xarici dil bilməyənləri də müəyyən şərtlər müqabilində məktəbə qəbul edirlər.
Hətta qaydalarda məktəbdə dövlət hesabına təhsil alanlara təqaüdün verilməsinin göstərilməsinə baxmayaraq, şagirdlərə təqaüd vaxtlı-vaxtında verilmir.
Müəyyən bəhanələrlə tələbələr aylarla təqaüd üzünə həsrət qalır. Baxmayaraq ki, qaydalarda göstərilir ki, məktəbə qəbul əsasən test və ya müsabiqə yolu ilə həyata keçirilir.
Lakin sözügedən peşə məktəbinə test və ya müsabiqədən kənar qanunsuz yolla qəbul aparıldığı iddiaları mediada var.
Bundan başqa, təhsilin keyfiyyəti o qədər də yüksək deyil. Oranı bitirən tələbələr iş tapa bilmirlər. Peşə məktəbinin direktorunun işinə məsuliyyətsiz yanaşdığı deyilir.
Şagirdlərin və müəllimlərin dərsə davamiyyəti pis vəziyyətdədir. Adı jurnalda olub özü dərsə gəlməyən şagirdlər var. Yazıdakı iddialarla bağlı məktəbin mövqeyini işıqlandırmağa hazırıq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi