olkepress.com
olkepress.com

Ən yüksək bal toplayan abituriyentlərin sayı AÇIQLANDI

29-07-2021, 10:46

Ən yüksək bal toplayan abituriyentlərin sayı AÇIQLANDI

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərin sayı açıqlanıb.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37 793 abituriyentdən (II qrup üzrə 16 758 nəfər, III qrup üzrə 21 035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər - Salyan rayonu, 4 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 192 saylı orta məktəbin məzunları göstəriblər. Salyan rayonu, 4 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 396.2 bal toplayan Bakı şəhəri, 323 saylı məktəbin məzunu göstərib.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi