ARB TV-nin “SözBaz” verilişinin növbəti qonağı müğənni Elnarə Xəlilova olub. Müğənni maraqlı açıqlama verib:
“Özümdə bir şey hiss etdim, bunu ilk dəfədir deyirəm. Sentyabrdan bu yana artıq 9 aydır ki, mən ətir vurmuram. Ehtiyac da duymuram və yadıma da düşmür. Sevdiyimiz ətirlər var. Nəinki vurmaq, hətta burnuma belə yaxınlaşdıra bilmirəm. Mənim üçün ətir hər zaman əhval-ruhiyyədir. Mənim o qədər əhvalım yoxdur. Artıq tükənmişəm”.
ölkəpress.com