olkepress.com
olkepress.com

Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib

11-03-2021, 18:23

Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilibSəhhəti pisləşən Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya aparılıb.

Müğənni “Elgizlə izlə” proqramına açıqlama verib.

O bildirib ki, özünü yaxşı hiss etmir:

“Heç nə yemək istəmirəm. Dərman atdıqca iştahım gedir. Yayda mənə bir həkim dərmanlar yazmışdı, onları qəbul etdikcə mədəm yanırdı. Balamdan sonra bu günlərə qaldım. Görün özümü nə günə qoydum. Kök hüceyrə köçürmə dedilər, amma yox, revmatizmım var. O, müalicə olunmalıdır. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm. Məni yeməmək yıxır”.(Axsam.az)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi