"Bütün evlərimi satmışam, kirayədə yaşayıram" - VİDEO
Xalq artisti Aygün Kazımova ARB kanalında yayımlanan "Həmin Zaur" proqramına qonaq olub.
Ölkəpress.com xəbər verir ki, sənətçi proqram boyunca bir sıra açıqlamalar verib. Diva bütün evlərini satdığını, kirayədə yaşadığını etiraf edib. Aparıcı Zaur Kamalın "Bəs, Röya ilə qonşu olduğun ev?" sualına, ifaçı "Röya ilə qonşu olduğum ev də kirayədir. Amma şikayət etmirəm, halımdan məmnunam",- deyə cavab verib.