olkepress.com
olkepress.com

Yenidən kökələn Ayşvariya tənqid olundu

9-12-2023, 17:15

Yenidən kökələn Ayşvariya tənqid olundu

Bu günlərdə ölkəsində təşkil olunmuş tədbirlərdən birində qızı ilə birlikdə kameralar qarısına keçən dünya şöhrətli aktrisa Ayşvariya Rayi xeyli kilo alması ilə diqqət çəkib.

Olkepress.com Lent.az-a istinadən xəbər verir ki, 50 yaşına rəğmən füsunkar gözəlliyini itirməyən Ayşvariyanı izləyiciləri kilo aldığına görə qınayıblar. Qızı doğulduqdan sonra artıq çəki ilə mübarizə aparan Rayi bir müdddət fit görünüşünə qovuşsa da, yenidən kökəlib.

Keçmiş dünya gözəlini ölkəsinin milli sərvəti hesab edənlər aktrisanın kilo alması ilə əsla barışa bilmirlər. Rayi bəlkə də buna görə, kamera qarşısında özünü rahat hiss edə bilməyərək, artıq böyüyüb onun boyuna çatmış qızının arxasında gizlənməyə çalışıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi