olkepress.com
olkepress.com

Namiq döyülmə xəbərindən danışdı

13-11-2023, 22:01

Namiq döyülmə xəbərindən danışdı

Tanınmış aşıq Namiq Fərhadoğlunun (Namiq Hüseynov) parkda gəzən qadınlara söz atdığı üçün döyüldüyü iddia olunub.

Olkepress.com Axşam.az-a istinadən xəbər verir ki, Namiq məsələ ilə bağlı "Rəngərəng səhər" verilişinə zəng edərək açıqlama verib.

"Hadisə 3 gün əvvəl olub. İndi də bunu yayırlar. Burada kimin nə məqsədi var başa düşə bilmirəm. Dədə Qorqud parkının yanında oluram. Hər səhər orada gəzirəm. Telefonuma zəng gəldi. Bu anda yaşı 65-70 olan iki xanım qarşımdan keçdi, dedilər ki, "Aşıq Namiq". Normal haldır, tanınmış birini parkda gəzəndə hamı görür. Telefonla danışırdım deyə reaksiya vermədim. Həmin an bir oğlan yaxınlaşdı ki, mənim anama nə deyirsən? Dedim ki, telefonla danışıram, sizin ananızla nə işim olacaq? Get işinlə məşğul ol. Başladı küçə danışığı ilə əxlaqsız sözlər deməyə. İctimai yerdə olduğumuzu deyib, ondan normal danışmasını istədim. Bildirdim ki, söyüş söyürsən, ayıbdır. Ən azından burada təhlükəsizlik kameraları var, lazım gəlsə, çıxaracaqlar ortaya. Mənə əl-qol atdı, telefonum əlimdən düşdü. Mən də sakit dayanası adam deyiləm, cavabını verməliyəm.

Bizi ayırdılar. Oradakı yaşlı adamlar dedilər ki, narkomandır, baş qoşma. Hətta orada söylədilər ki, bir az əvvəl qonşunun itinə də təpiklə vurub, normal adam deyil. Telefonumu yerdən götürdüm, gördüm ki, ekranı qırılıb. O yaşda qadınla mənim nə işim olacaq? 70 yaşlı birinə söz deyəcəyəm? Bir xanım başladı bizi çəkməyə. Ona bildirdim ki, sizə kim ixtiyar verib bizi çəkirsiniz? Oğlan da söyüş söyürdü. İki il əvvəl olsaydı, bunun iki qat cavabını verərdim. Amma indi söyüş söymək istəmirəm. Ona dedim ki, gəl gedib binanın arxasında danışaq.

Orada polis bizi aralamaq istəyəndə cibindən vəsiqə çıxartdı ki, polis işçisiyəm. Bizi aralayanda o mənim boynumdakı gümüş boyunbağını oğurladı. Kamerada görüntülər var. Evə qayıtdım ki, üstümü dəyişim, polisə gedim. O məndən əvvəl davranıb şikayət edib. Polis mənə zəng vurdu ki, Namiq bəy, yaxınlaşın bölməyə. Polis mənə dedi ki, onlara baş qoşma, onların işi budur, oradakı xanımın telefonu qırılıb onu alın. O, mənə əl-qol atıb, mən də cavab vermişəm" deyə, Namiq bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi