olkepress.com
olkepress.com

Məşhur aktrisa GECƏ KLUBU AÇIR

10-11-2023, 17:59

Məşhur aktrisa GECƏ KLUBU AÇIR

Məşhur türkiyəli aktrisa Demet Özdemir qazandığı pulla əyləncə həyatına qədəm qoyur.

Olkepress.com Lent.az-a istinadən xəbər verir ki, Özdemir üç ortağı ilə gecə klubu açıb idarə edəcək.

Qazandığı pulları biznesə çevirən aktrisa dostu Anıl Çelik, ortaqları Atilla Bingöl və Feyzan Cihan ilə Maslakda 300 kvadratmetrlik yer açmağa hazırlaşır.
Bu məkan qeyri-adi gecə klubu, daha dəqiq desək, musiqi zalı kimi xidmət edəcək. Dünyaca məşhur ulduzları İstanbula gətirərək gecə əyləncələrinə fərqli nəfəs qatacaq bu layihə üçün Demet Özdemir və tərəfdaşları həyəcanla çalışırlar.

Gözəl aktrisanın biznes sahibi kimi yeni karyerasına qədəm qoyması pərəstişkarlarının marağına səbəb olub. Əyləncə dünyasındakı bu yeni macəra Demet Özdemirin karyerasında növbəti böyük addım ola bilər.

Qeyd edək ki, Demet Özdemir həm də "Adım Farah" serialında rol oynayır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi