olkepress.com
olkepress.com

"Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də..." - VİDEO

7-05-2021, 11:25

"Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də..." -  VİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı döngə 1 ünvanında yaşayan sakinlər yollarının bərbad, asfaltsız olmasından şikayətçidilər.

Sözügedən küçədə 15-16 yaşayış evi var. Sakinlərin sözlərinə görə, qış aylarında əsasən də yağan yağışlar bu küçəni daha da keçilməz edir.

Onlar bildirir ki, dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsələr də nəticə verməyib.

“Report”un əməkdaşları sözügedən ünvana yollanıb, sakinlərin şikayətlərini dinləyib.

Ərazidə olarkən “Report”un müxbiri Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, zənglər cavabsız qalıb.

Mövzu ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik:




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi