olkepress.com
olkepress.com

Suraxanıda COVİD-19-la bağlı dəhşət saçan qalmaqal- Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın 500 COVİD vaksini ilə bağlı bağışlanmaz cinayəti

10-04-2021, 11:37

Suraxanıda COVİD-19-la bağlı dəhşət saçan qalmaqal- Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın 500 COVİD vaksini ilə bağlı bağışlanmaz cinayətiAbşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın 500 COVİD vaksini ilə bağlı bağışlanmaz cinayəti

Koronavirus pandemiyası bütün dünyada ciddi problemlər yaratdı. Ö cümlədən, dünyanın bir parçası olan ölkəmizdə.
Təsəvvür edirsiniz, son 1-2 ildə dünyada COVİD virusundan yüz minlərlə insan dünyasını dəyişib. Amma hələ də insanlar bunu oyun, yalan hesab edirlər.
Hətta COVİD əleyhinə baha başa gələn peyvəndləri bəzi insanlar, hətta təhsilli insanlar vurdurmaq istəmir.
Sözün qısası, koronavirus məsələsi çox qəliz məsələdir.
Hətta bu virusdan milyonlar qazananlar da var.
Bəli, bir müddət əvvəl Səhiyyə nazirliyinin rəhbərliyinə daxil olan şəxslərdən birinin qardaşı ölkədən neçə yüz min maska çıxararkən saxlanıldı.
Bəli, bu gün virus əleyhinə preparatlardan pul qazananlar da az deyil.
Gundelik-baku.com saytına daxil olan məlumata görə, Suraxanı rayonunda 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyeva vətəndaşlar üçün nəzərdə tutulan 500 vaksini, hər adamdan 100 manat alaraq, xəstələrə vurmaq adı ilə kənara töküb. Yəni koronavirus peyvəndindən pul qazanıb. Cənab Prezidentimiz öz şəxsi əlaqələrindən istifadə edərək, minbir əziyyətlə, böyük maliyyə vəsaiti hesabına ölkəyə COVİD üçün vaksin gətirir, siz isə bunu pul qarşılığında kənara atırsınız. Yəni həm insanları aldadırsınız, həm də sizin bu əməliniz birbaşa dövləti cinayətdir, xanım Quliyeva.
Çünki bu adi kompaniya deyil, dövlət səviyyəsində, Prezidentin və Dünya Səhiyyə Təşkilatlının nəzarəti altında olan bir məsələdir. 500 vaksini 100 manatdan satmaq qoy sənə 50 min manat qazanc gətirsin.
Bəs xalqımız, millətimiz və ən əsası sən Prezidentin etimad göstərdiyi, inandığı bir ailənin üzvüsən.
Bizdə olan məlumata görə, ölkənin hüquq-mühafizə orqanları tərəfindən həmin xəstəxanada araşdırma aparılır, çox güman ki, yaxın saatlarda Ramella Quliyevanın həbsi ilə bağlı qərar qəbul olunacaq.

P.S. Biz bir media olaraq bu məsələ ilə bağlı ciddi araşdırma apararaq bütün faktları ortaya qoyacağıq.
gundelik baki.com

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi