olkepress.com
olkepress.com

Elton Məmmədov kollektivə təqdim edildi

29-11-2019, 14:10

Elton Məmmədov kollektivə təqdim edildiBu gün AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, texnika elmləri doktoru Elton Məmmədov kollektivə təqdim edilib.

E.Məmmədovu kollektivə AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov təqdim edib.
YT Parkın yeni direktorunun ictimai-siyasi, sosial, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən danışıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkəmizdə elmi nailiyyətlərin kommersiyalaşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bugünkü təyinatı göstərilən istiqamətdə atılan mühüm addım kimi səciyyələndirib. Qeyd edib ki, Elton Məmmədov 57 elmi əsər, 3 monoqrafiya, 2 ixtira, eləcə də ali məktəblər üçün 3 dərsliyin müəllifidir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi