olkepress.com
olkepress.com

Vüqar Əhmədov yerlərdə inkişafı və xidməti bu cür təmin edir?

6-02-2021, 10:49

Vüqar Əhmədov yerlərdə inkişafı və xidməti bu cür təmin edir?Aşağıda təqdim etdiyimiz şəkillərdən belə görünür ki, “Azərişıq” ASC-nin bəzi regionlarda əhaliyə göstərdiyi xidmət heç ötən əsrin 50-ci illərin keyfiyyət və təhlükəsizlik standartlarına da uyğun gəlmir...

Şəmkir rayonun Yuxarı Könüllü kəndində yaşayan bir qrup sakin PİA.az-a müraciət edərək elektirik xətlərinin və dirəklərinin onların həyatına birbaşa təhlükə yaratdığını bildiriblər.

Sakinlər qeyd edirlər ki, onlar 2006-cı ildən bu küçədə yaşayırlar və elə o vaxtdan da küçənin elektriklə təminatı şəkildə gördüyümüz vəziyyətdədir. Maraqlıdır ki, onlardan sağ və sol küçələrdə olan elektirik dirəkləri və xəttlər normaldır və sakinlər üçün təhlükə yaratmır. Sakinlər bütün bu illər boyu “Azərişıq” ASC-nin yerli idarəsinə yüzlərlə müraciət ünvanlasalar da, vəziyyət dəyişmədən qalır. Həmin küçədə isə 20-dən çox ev var və həmin evlərin sakinləri, uşaqlar da daxil olmaqla hər gün təhlükə ilə üz-üzə qalırlar.
Çox qəribədir ki, “Azərişıq” ASC-nin Şəmkir Elektrik Şəbəkəsi bu təhlükəni görə bilmir və sakinlərin şikayətlərinə də qulaqlarını pambıqla tıxayırlar. Qeyd edək ki, “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vuqar Əhmədovun müvafiq əmrinə əsasən Samir Rəsulzadə Şəmkir Elektrik Şəbəkəsinin rəisi təyin edilib. Görünür ki, təqribən iki il müddətində Samir müəllim də bu biabırçılığı görə bilməyib.

Bəs Şəmkir Elektrik Şəbəkəsi bu küçədəki 20-dən artıq evin 13 il müddətində kustar üsulla elektrik enerjisi təmin edilməsini necə həyata keçirib? Ən əsası isə bu evlərin elektriklə təminatına texniki nəzarət olubmu və bu vəziyyətdə həmin evlərin elektrk enerjisi ilə təminatına kim icazə verib? Ən azından hər ay həmin evlərdən işıq pulu toplayan Şəmkir Elektrik Şəbəkəsinin işçiləri bu biabırçı vəziyyəti görməyiblərmi?

Ümid edirik ki, “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələri Şəmkir rayonunun Yuxarı Könüllü kəndində 13 ildir davam edən mövcud vəziyyətlə bağlı sualalrımıza ağlabatan bir izahat verəcəklər.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi