olkepress.com
olkepress.com

Oğuz meşələrindəki ürəkağrıdıcı mənzərələrə bəs nə vaxt son qoyulacaq,Firdovsi Əliyev? - VIDEO

22-01-2021, 21:21

Oğuz meşələrindəki ürəkağrıdıcı mənzərələrə bəs nə vaxt son qoyulacaq,Firdovsi Əliyev? - VIDEOİşğaldan azad olunmuş Kəlbəcər rayonunda keçirdiyimiz monitorinqlər, apardığımız müşahidələr olduqca acınacaqlı vizual mənzərələrlə yadda qalıb. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirliyin əməkdaşlarının Qarabağ bölgəsində keçirdikləri monitorinqlər barədə açıqlamasında bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi və bərpa planlarının dəqiqləşdirilməsi məqsədilə keçirilən monitorinqlər çərçivəsində ərazilərimizin ekoloji vandalizmə məruz qaldığı bir daha təsdiqlənib.
“İlkin müşahidələr göstərir ki, Kəlbəcər rayonunda ermənilər tərəfindən təbiətə qarşı ekoloji cinayətlər həyata keçirilib, xüsusən yol ətrafında xeyli sayda ağac kəsilib, çoxillik təbiət abidələri məhv edilib, təbii sərvətlər talan olunub”.

Nazir müavininin sözlərinə görə ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır.

“Bölgədə ekoloji monitorinqlər davam etdirilir, ətraf mühitə, meşə fonduna, təbii sərvətlərə dəymiş ziyanın hesablanması, qiymətləndirilməsi aparılır və nəticələr barədə müvafiq qurumlara hesabatlar təqdim olunacaq”.
Göründüyü kimi video və şəkillər də əlavə olunmuş bu məlumatlar Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev tərəfindən nazirliyin əməkdaşlarının Qarabağ bölgəsində keçirdikləri monitorinqlər barədə açıqlamasında bildirib. Nazir müavininin sözügedən açıqlaması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında 19 Yanvar 2021, 14:05 tarixdə yerləşdirilib və tərəfimizdən olduğu kimi götürülüb.
Aşagıdakı şəkillər isə Aktualinfo.org -un yanvarın 19 yaydığı, “Meşə mafiyası iş başında – Qəbələ Regional Meşə Təsərrüfatı Kürdəxanıdan idarə olunur?” başlıqlı müraciətə əlavə olunmuşlardır. Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Xalid Seyidovun ölkə başçısı İlham Əliyev cənablarına ünvanladığı müraciətlə birlikdə redaksiyamızın elektron poçtuna göndərdikləridir.
Sözügüdən müraciətdən bəzi hissələri olduğu kimi Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin diqqətinə çatdırırıq.
“…Yanvarın 16-da Oğuz meşəsində diametri 45-55 sm olan və uzunluğu 1 m boyda doğranmış ( parket üçün) palıd ağaclarını dövlət nömrə nişanı 61 BB 285 olan URAL markalı yük avtomobilinə yığıb, ETSN Regionnal Meşə Təsəsrrüfatı Mərkəzinin müdiri A.Əlizadənin Oğuz meşə təsəsrrüfatına təyin etdiyi Kənan adlı şəxsin rəhbərliyi altında meşədən çıxararkən Oğuz sakinləri avtomobilin qabağını kəsərək polisə şikayət etmişlər. Polis URALı yerli Polis Şöbbəsinə aparmışdır. A.Əlizadə polisə dərhal ETSN tərəfindən məhz bu ağacların kəsilməsinə icazə verən rəsmi sənəd göstərdikdən sonra içi palıd ağacı ilə dolu URAL sərbəst buraxılmışdır.

Xatırladaq ki, Kənan əvvəllər Quba, Qusar Meşə təsərrüfatında işlərkən qanunsuz hərəkətlərinə görə işdən qovulmuş, sonra Qəbələ Regional Meşə Təsərrüfatı İdarəsində müdir olmuş İlqar Qəribova sığınmış və onun regionda “pulyığanı” vəzifəsini icra etmişdir. Elə 2020-ci ilin martın 11-də onun yığıb İ.Qəribova verdiyi pullar xidməti otağından aşkar edilərək polislər tərəfindən ifşa edilmişdir.Hazırda da yeni müdir A.Əlizadəyə “xidmət” göstərməkdədir.

Deməli, nəticəyə gəlirirk ki, ETSN-nin məmurlarının təşkil etdiyi saxta sənədlər əsasında meşələrdəki bütün qiymətli ağaclar kütləvi məhv edilərək birbaşa mebel və parket sexlərinə daşınır. Budur, əldə edilən qazanc nəticəsində 8-ci ay müdir vəzifəsində işləyən Alim Əlizadə özünə 120000 manat dəyəri olan son model PAJERO markalı bahalı avtomobil almışdır. Belə palıdların kəsilməsini isə Kamran yalnız gecə vaxtı icra etdirir. Sonra daxili sənədləşmə aparırlar ki, guya naməlum adamlar tərəfindən ağaclar gecə kəsildiyindən meşə quldurları axtarışa verilir. Bu tərəfdən də həmin kəsilən və parket sifarişi üçün doğranmış ağacları günün günorta çağı, 2021-ci ilin yanvarın 18-də ETSN Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinə aparmaq adı altında sifarişçiyə çatdırıb pul qazanırlar.”

Qeyd edək ki, Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Xalid Seyidov bir vətəndaş kimi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində təbiətə olunan qəsdlərlə bağlı prezident İlham Əliyevə,Birinci vitse-prezident Mehriban xanım Əliyevaya,Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə və digər səlahiyyəli dövlət qurumları və güc strukturlarının rəhbərlərinə dəfələrlə müraciət etmişdir.Lakin onun bu müraciətlərinə daim formal cavablar verilmiş,meşələrin qırılmasının qarşısının alınması üçün heç bir əməli tədbir görülməmişdir.Xalid Seyidovun müraciətləri əsasında yaydığımız məqalələrə də həmçinin,Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılaraq tədbir görüləcəyi barədə formal cavablar verilmiş.qarşısının alınması məqsədi ilə görülmüş tədbirlər barədə heç bir məlumat verilməmişdir. Qəribə burasıdır hər müraciətdən sonra Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində ağacların kəsilməsi halları daha da çoxalır.

Bütün bunlardan sonra bizim Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevə verəcək bircə sualımız qalır. Qarabağda,Kəlbəcərdə ermənilərin çoxillik meşələrimizdə törətdikləri yangınları,yaşıllıqların soyqırımını, vandalizmi başa düşürük.Bunları törədən ermənilərdir.Bu, hər bir azərbaycanlı kimi, bizim də qəzəbimizə səbəb olub, ürəyimizi ağrıdır. Sevindirici haldır ki,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz doğma torpaqlarımızdan erməniləri birdəfəlık,iti qovan kimi,qovdu. Yəni ermənilərin vandallığına artıq son qoyuldu. Bəs Oğuz və Qəbələ meşələrində baş verənlərə nə vaxt son qoyulacaq? Heç nazir müavini kimi deyil, bir vətəndaş kimi cavab verin. Qəbələ ,Oğuz meşələrində baş verənləri necə başa düşək. Bu mənzərələrin hansı daha ürəkağrıdıcıdır Firdovsi Əliyev?



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi