olkepress.com
olkepress.com

"Axı, bu gün Ramiz Mehdiyev də yoxdur?!" - ETİRAZ

24-12-2020, 10:55

"Axı, bu gün Ramiz Mehdiyev də yoxdur?!" - ETİRAZTərtər rayonunun qalmaqallı icra başçısı hələ də öz işinin başındadır. Ərköyün və mağmun məmurlardan olan, vaxtilə hamiliyinə arxalandığı Gəncə "xanı" Elmar Vəliyevin yolunu gedən Müstəqim Məmmədovu indi hamı tənqid etsə də, toxunulmazlığı xeyli maraq doğurur.

"Demokratik.Az" bildirir ki, icra başçısı barədə tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesablarında bunları yazıb:
"Tərtərin İcra başçısı Müstəqim Məmmədovun özbaşnalıqları haqqında elə bu səhifədə bir neçə material paylaşıb. Həmin yazılarda rayona ayrılmış milyonların mənimsənilməsindən tutmuş, sahibkarlara qan uddurmasına qədər çoxlu sayda qanunsuzluqlar var idi. Hər bir material nəinki onun vəifəsindən azad edilməsinə, dərhal həbsinə də kifayət edərdi. Ancaq bu günə qədər də bu məmur əhaliyə saymamazlığını davam etdirir və ona qaşın üstə gözün var deyən yoxdur.
Bu gün onun şəhid anasına olan təhqiri isə bütün əndazələri aşır. Mənə çox maraqlıdır hansı sehrli şəxs bu məmurun arxasında dayanır. Doğrudanmı Prezidentin ətrafında olan məmurların M.Məmmədovun özbaşnalıqlarından xəbərləri yoxdur? Axı, bu gün Ramiz Mehdiyev də yoxdur?!"

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi