olkepress.com
olkepress.com

İcra başçısının korona sərgüzəşti

15-12-2020, 11:58

İcra başçısının korona sərgüzəştiSosial şəbəkələrdə hüquq mühafizə orqanlarının Nərimanov rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlar arasında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həbs edilməsi ilə bağlı informasiyalar da var. Xəbərlərdə o da bildirilir ki, rayonun icra başçısı və İH-nin yüksək səlahiyyətli vəzifəliləri sorğuya cəlb olunublar. Şahidlər iddia edirlər ki, onlar İcra Hakimiyyətinin binasından çıxarılaraq bilinməyən istiqamətə aparılıblar. Yayılan xəbərlərə hələlik rəsmi münasibət bildirilməyib.

Nərimanov Rayonunun əbədi icra başçısı Abdin Fərzəliyevin “Covid 19”-a mübtəla olması xəbərləri də yayılıb. Sosial şəbəkələrdə yayılan xəbərdə bildirilir ki, Abdin Fərzəliyev koronaya yoluxdugundan özünü təcrid rejimə keçib. Amma işin əsli belədir ki, Abdin Fərzəliyevin Narimanov Rayon İcra Hakimiyyətində aşkarlanan korrupsiya əməllərindən sonra aparılan yoxlamalardan sonra artıq nişangahda olduğunu anlayıb və bu səbəbdən öz cəzasını yüngülləşdirmək, yəni həbsdən qurtulmaq üçün “ yuxarılarla” razılığa gəlmək üçün bu korona məsələsini uydurub.
Məlumdur ki, ölkədə son aylar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bir sıra rayonların icra başcılarını elə rüşvət üstündə yaxalayıb həbs ediblər.
15 ildən çoxdur Bakının ən varlı rayonlarından olan Nərimanovun icra başçısı və Əli Həsənovun şəriki olan Abdin Fərzəliyevin korrupsiya əməlləri barədə tez-tez xəbərlərə rast gəlinir. Artıq ölkə başçısının da A.Fərzəliyevin qanunsuz əməllərindən bezib onun qanun qarşısına çıxarılıb lazımi qaydada həbs edilməsini tələb etməsi və yaxın günlərdə onun “ qara paltarlılar” tərəfindən aparılacağı yayılan xəbərlər arasındadır.
Qeyd edək ki, Abdin Fərzəliyevin adı son vaxtlar ən çox şikayət olunan başçılar sırasındadır. Bu şikayətlər əsasən rayon ərazisində həyata keçirilən sosial və biznes layihələrində onun qeyri-müəyyən maraqlarından qaynaqlanır. Xüsusilə də Bakı şəhərində həyata keçirilən pilot layihələr çərçivəsində ən çox şikayət də Nərimanov rayonundandır. Həmin şikayətlərdə birmənalı olaraq vurğulanır ki, pilot layihələri həyata keçirən şirkətlərlə İcra Hakimiyyətinin maraqları üst-üstə düşür. Nəticədə isə sakinlər kütləvi şəkildə dövlətdən narazı salınır. Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən evlərin pilot layihə çərçivəsində sökülməsi bəzi narazılıqlar yaratmaqdadır.
Qeyd edək ki, geniş biznes şəbəkəsinə sahib olan Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayından Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Ona qədər də 3 ilə yaxın Nizami rayonunun icra başçısı olub. Onun rəhbər olduğu hər iki rayonda milyonlarla dəyəri olan obyektləri, evləri, otelləri var. Əgər DTX onun da evində axtarış aparsa Vilyam Hacıyevdən dəfələrlə çox pula sahib olduğunun şahidi olarıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
(aktualxeber.az)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi