olkepress.com
olkepress.com

"Azərsun” həyatımızı necə təhlükəyə atır... - VİDEOFAKT

23-11-2020, 14:06

"Azərsun” həyatımızı necə təhlükəyə atır... - VİDEOFAKTMasazır gölündə fəaliyyət göstərən “Azərsun Holding”ə məxsus “Azərduz” markalı duz istehsal edən zavod gölə kanalizasiya sularını axıdaraq göldən duz çıxarır.

Mubahise.az xəbər verir ki, bu barədə “Ecofront” səhifəsi məlumat yayıb.

Qeyd edilib ki, “Azərduz” markası ölkənin duz təminatında ciddi rol oynayır: “Binəqədi qəsəbəsinin kanalizasiya sularının bir hissəsi açıq axınla heç bir müdaxilə edilmədən Qır gölü (Asfalt gölü) deyilən Binəqədi gölünə, buradan isə Masazır gölünə axıdılır. Gölün bəndi dağıdılıb ki, axın daha da artsın. Biz dəfələrlə ETSN ə müraciət etsək də heç bir tədbir görə bilmədilər. Baxıb öz gözləri ilə görüb getdilər. Dedilər biz kimin açdığını “bilmədən” qanunsuz belə olsa bunun qarşısını kəsə bilmərik.

Biz məcbur qalıb Binəqədi göllərindən Masazır gölünə axan çirkli suların qarşısını kəsmək üçün bəndin dağıdılmış yerini ağır texnika cəlb edərək özbaşına bağladıq. Bu günlərdə dövlətin, cəmiyyətin başı müharibəyə qarışanda yenə dələduzlar gəlib gölün bəndini dağıdıblar.

İlk növbədə məsələyə aydınlıq gələnə kimi Azərduz markasını istifadə etməyək. Gölə başqa da bir neçə daha kiçik mənbələrdən kanalizasiya suları axır”.

ölkəpress.com






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi