olkepress.com
olkepress.com

Deputatlar şəhid ailəsini ələ saldı: duş geli bağışladı – FOTO

19-11-2020, 17:40

Deputatlar şəhid ailəsini ələ saldı: duş geli bağışladı – FOTOMilli Məclisin deputatıXaimoviç Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərdiyi sovqat qəzəbə səbəb olub.

“BakuPost” xəbər verir ki, bu barədə şəhidin yaxın qohumu Səma Aydəmir məlumat yayıb.
O bildirib ki, şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən olan millət vəkili Anatoliy Rafailov şəhid ailəsinə “üzrxahlıq sovqatı” olaraq duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü göndərib.
S.Aydəmir əlavə edib ki, şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.


Məsələ ilə bağlı deputatın köməkçisi Məhsəti Əliyeva “BakuPost”a bildirib ki, şəhid ailəsinə göndərilən sovqata nələrin daxil olmasından Anatoliy Rafailovun xəbəri olmayıb: “Deputat, iş adamı Məşhur Məmmədov Anatoliy Rafailova da təklif etdi ki, sənin də dairəndən olan şəhid ailələrinə yardım edim. Məlum olduğu kimi, A.Rafailov iş adamı deyil, həkimdir, xalq arasından çıxmış insandı. Şəhərə giriş bağlı olduğundan Qubaya gedə bilmirik, həm də müharibə dövründə deputatlara kənara çıxmağa qadağa qoyulmuşdu. M.Məmmədov da dedi ki, mən sizinkilərə də yardım edib, sovqat göndərəcəyəm. A.Rafailov bu sovqatı ümumiyyətlə görməyib, təşkilatçılığı Məşhur müəllim edib. Düşünmürəm ki, bu hər hansı bir təxribat olsun. Amma bağlamaya ətir qoymaqla çox böyük səhv ediblər. Qubadakı köməkçi ilə əlaqə saxlamışam, deyir ki, bağlamada yağ, xurma, makaron, un, düyü və digər ərzaq məhsulları da var. 2 bağlama olub – məişət və ərzaq sovqatı. Bağlama Quba rayon İcra Hakimiyyətinə göndərilib. Orda da əlbəttə, icra nümayəndələri açıb, bağlamaya baxa bilməzlər. Hər iki sovqat Qarabağ uğrunda qələbədən sonra noyabrın 13-də göndərilib. Yəqin fikirləşiblər ki, sovqatın göndərilməyi qələbə ərəfəsinə düşdüyündən bu münasibətlə də şəhid ailəsini təbrik etsinlər. Çünki şəhid ailələri də qələbə xəbərinə çox sevinirdi. Tək bu ailəyə yox, bir neçə ailəyə eyni cür sovqat göndərilib. Yəni, bağlamalar yardım məqsədilə göndərilib”.


ölkəpress.com



Deputatlar şəhid ailəsini ələ saldı: duş geli bağışladı – FOTO




Deputatlar şəhid ailəsini ələ saldı: duş geli bağışladı – FOTO



Deputatlar şəhid ailəsini ələ saldı: duş geli bağışladı – FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi