olkepress.com
olkepress.com

AAAF-ın aldanmış sakinləri -VİDEOLAR

15-08-2020, 12:35

AAAF-ın aldanmış sakinləri -VİDEOLARAAAF PARK MMC Yaşayış Kompleksinin bir qrup sakinləri Azərbaycan Respublikası Baş Prokurorluğu Yanında Korrupsiya ilə Mübarizə İdarəsinin qarşısında etiraz aksiyasi keçirdilər..

Etirazçılar ayrı ayrılıqda sözü gedən Yaşayış Kompleksinə müxtəlif məbləğlərdə pul ödəsələrdə, 4-5 ildir nə vəd edilən mənzillərinə köçə bilirlər, nə də ki, şirkətə ödədikləri pulu geri ala bilirlər. Etirazçıların sözlərinə görə adı çəkilən şirkət artıq 5-6 ildir sakinləri gözləmə mövqeyində saxlayır. Dəfələrlə narazı insanlar AAAF PARK MMC-nin rəhbəri Tofiq Heydərovla görüşmək istəsələr də, rəhbərlik onlarla görüşdən imtina edib.Sakinlərin söylədiklərinə görə Tofiq Heydərov və Raid Məmmədovun səlahiyyətli şəxs kimi bu işə biganə qalmaları onları daha da narahat edir. Korrupsiya idarəsinin səlahiyyətli şəxsləri bir neçə şikayətçini qəbul edib, onları dinləyərək, mövcud problemin həllinin onlardan asılı olmadığı bildirilib. Etirazçılar aldıqları cavabı onları qane etmədiyini bildirərək bu aksiyaların davamlı olacağını söylədilər. Hamılıqla Ölkə Başçısı Cənab İlham Əliyevin bəzi dələduz sahibkarın bu kimi əməllərindən xəbərsiz olduğu, ümidlərinin yalnız səslərinin möhtərəm Prezidentimizə çatdırıldığından sonra bu məsələnin tez bir zamanda öz həllini tapacağına əmin olduqlarını söylədilər.
Biz məsələni araşdırmaq üçün AAAF PARK MMC-nın mətbuat katibi Kənan Məstəliyevdən məsələyə aydınlıq gətirməsini xahiş etdik. Kənan bəy tikinti işlərinin belə ləng getməsinin səbəbi kimi 2010-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən şirkətə tətbiq edilən bir sıra əsassız və qanunsuz vergi ödənişi tələbləri nəticəsində yaranmış maliyyə sıxıntısı əsas gətirdi. Hal hazırda da şirkətin bank hesabları dondurulmuş, maliyyə əməliyyatları əngəllənmişdir. Tikintinin davam etdirilməsi üçün yeganə maliyyə qaynağı tikilməkdə olan binalardan gələn kredit ödənişləridir. Şirkətin mövcud vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyinə və digər müvafiq aiddiyatı qurumlara bununla bağlı müraciətlər olunub, izahatlar verilib. Yaxın vaxtlarda şikayətlə bağlı apellyasiya baxışı gözlənilir. Bundan sonra şirkətdə yaradılan maliyyə probleminin həllini tapacağına ümid edilir. Bu halda AAAF-İNŞAAT MMC öz üzərinə düşən öhdəlikləri rahatlıqla icra edəcək və bütün çətinlikləri arxada qoyaraq vətəndaşlara layiqli xidmət göstərəcək.

RƏSMİYYƏ AYDINQIZI

Ölkəpress.com

AAAF-ın aldanmış sakinləri -VİDEOLAR


AAAF-ın aldanmış sakinləri -VİDEOLAR








XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi