olkepress.com
olkepress.com

SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK

14-11-2019, 14:24

SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏKNoyabrın 29-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Həmin gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq noyabrın 26-dək qəbula yazıla bilərlər.

Ölkəpress.cvom


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi