olkepress.com
olkepress.com

"Aqrolizinq” heç indi də işinin öhdəsindən gələ bilmir...

25-02-2020, 13:42

"Aqrolizinq” heç indi də işinin öhdəsindən gələ bilmir...Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsini və itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatı yaxşılaşdırılır.

Bu məqsədlə 2019-cu il ərzində “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 130,6 milyon manat dəyərində kənd təsərrüfatı texnikası satılıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, 2018-ci ildə “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 197,9 milyon manat dəyərində kənd təsərrüfatı maşın və avadanlıqları satılıb. Beləliklə, ötən il “Aqrolizinq”in satışı 67,3 milyon manat və ya 34,3 faiz azalıb. 2017-ci illə müqayisədə 2018-ci ildə satışların həcmi 71,5 milyon manat azalıb.
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, “Aqrolizinq”in rayonlarda fəaliyyət göstərən mərkəzi idarələri fermerlərin kənd təsərrüfatı texnikaları, eləcə də damazlıq heyvanların lizinqi ilə bağlı müraciətlərinə baxır: “Ümumiyyətlə, kənd təsərrüfatı texnikasının satışını düzgün idarə edə bilmirlər. Birinci, vətəndaşlara verilən texnikanın qiyməti şişirdilir. İkincisi, bahalı texnikalar gətiririk, amma nəzərə almırıq ki, Azərbaycanda buna tələbat var, ya yox. Ölkədə kənd təsərrüfatının digər sahələrinə birbaşa investisiya qoyuluşunu həyata keçirməliyik ki, bu sektor inkişaf etsin və texnikaya tələb yaransın. Nəticədə ildən-ilə texnikanın sayını da artırmaq olar, satışını təşkil etmək də. Hazırda əsas problem iki məqamdadır; ölkədə kənd təsərrüfatı inkişaf etməyib, demək olar ki, çox pis vəziyyətdədir; təklif olunan texnikanın real qiymətləri çox yüksəkdir. “Şapka”, rüşvət kimi müəyyən məsələlərlə texnikanın qiyməti bir qədər də şişirdirlər. Buna görə də ildən-ilə həm “Aqrolizinq”ə, həm də əhalinin kənd təsərrüfatına olan marağı azalır. Əhali oradan xeyir götürmədiyinə görə, başqa istiqamətə meyl edir”.
Ekspertin sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinin 90 faizindən çoxu yalnız Abşeron iqtisadi rayonunda yaranır: “10 faizdən aşağı hissəsi isə ölkənin digər 9 iqtisadi rayonunun payına düşür. Ölkədə bir disbalans var, iqtisadiyyatın yayılması prosesi getməlidir, iqtisadi siyasət buna yönəlməlidir. Bunun birinci elementi kənd təsərrüfatına investisiya qoymaqdır. Bu gün şəhərsalmaya və tikintiyə investisiya yatırımları dövlət büdcəsinin 40 faizini təşkil edir. Bu investisiyaların təxminən 90 faizindən çoxu Abşeron iqtisadi rayonunun ərazisində xərclənir. Biz 4.9 milyard investisiyanı mütləq kənd təsərrüfatına yönəltməliyik. Çünki ölkənin 9 iqtisadi rayonunda kənd təsərrüfatı istiqamətində geniş imkanlar var. İqtisadiyyatın bu sahəsi müxtəlif yollarla inkişaf etdirilməlidir. Bunun üçün qonşu ölkələrin, eləcə də dünya təcrübəsindən yararlanaraq Azərbaycanda da kənd təsərrüfatını inkişaf etdirməliyik. Fermerə bahalı texnika satmaq kənd təsərrüfatının inkişafı sayıla bilməz”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi