MB vəzifəli şəxsi 6200 manat cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) apardığı cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini cərimələyib.
Bu barədə AMB-dən məlumat verilib.
Bildirilib ki, həmin şəxs “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilib.
Sözügedən nöqsan və çatışmazlıqların investisiya şirkətinin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.