olkepress.com
olkepress.com

Rusiyadan günəbaxan yağını bahalaşdıracaq yeni qərar

1-04-2022, 19:54

Rusiyadan günəbaxan yağını bahalaşdıracaq yeni qərar

Rusiya daxili bazarda sabitliyi qorumaq üçün aprelin 15-dən günəbaxan yağı ixracına müvəqqəti kvota tətbiq ediləcəyini açıqlayıb.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi günəbaxan yağı və günəbaxan tumlarına qlobal tələbatın artdığını bildirir.

Qeyd edilir ki, bu səbəbdən Rusiya məhsullarına da tələbat artıb: “Daxili bazarda sabitliyi qorumaq üçün aprelin 15-dən avqustun 31-dək günəbaxan yağı ixracına müvəqqəti olaraq kvota tətbiq edilib. Kvota məbləği 1,5 milyon ton olaraq müəyyən edilib”.

Açıqlamada o da bildirilib ki, aprelin 1-dən günəbaxan tumları və kanolanın ixracı müvəqqəti olaraq qadağan edilib.
Mənbə: (Bakixeber.com)

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi