olkepress.com
olkepress.com

“Rusiyada qanuni yolla varlanan azərbaycanlı yoxdur” - İTTİHAM

11-03-2022, 12:06

“Rusiyada qanuni yolla varlanan azərbaycanlı yoxdur” - İTTİHAM

“Pul hansı yolla əldə edilirsə, elə həmin yolla da xərclənir. Rusiyada da qanuni yolla varlanan azərbaycanlı yoxdur. Ona görə də onlar qanuni məsələlərdə, ictimai işlərdə pul xərcləyə bilmirlər”.

Ōlkəpress.com xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hazırkı gərgin vəziyyətdə Rusiyada yaşayan azərbaycanlı milyarderlərin həmyerlilərinə dəstək verməməsi barədə danışarkən deyib.

O bildirib ki, Rusiyada yaşayan azərbaycanlı milyarderlərin pulu yalnız qanunsuz əməllər üçün sərf edilə bilər: "Yəni, onların soydaşlarımıza dəstək verməməsinin səbəbi budur. Misal üçün, Hacı Zeynalabdin Tağıyev niyə bütün pulunu xeyriyyə üçün xərcləyirdi?! Çünki qanuni yolla qazanmışdı və onun üçün pul xərcləmək zövq idi. Bu adamlar isə qanunsuzluq edərək pul qazanırlar. Yəni özünü təhlükə ilə üzbəüz qoyub qazandığı pulu niyə xərcləsinlər ki?!"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi