olkepress.com
olkepress.com

Nizami rayonunun işdən çıxarılmış icra başçısının kadrı və şəriki Qərib Məmmədovun ƏMƏLLƏRİ

27-10-2021, 11:20

Nizami rayonunun işdən çıxarılmış icra başçısının kadrı və şəriki Qərib Məmmədovun ƏMƏLLƏRİ

Nizami rayonunun qovulmuş icra başçısının kadrı və şəriki Qərib Məmmədovun ƏMƏLLƏRİ- GÖRƏSƏN ONA DUR DEYƏN OLACAQMI ?

Nizami rayonunun icra başçısı cəzasını aldı…

Bəs onun 1-ci müavini Qərib Məmmədov nə düşünür ?

Axı, müavinlər ya onunla şərik olublar, ya da baş verən cinayətləri gizlədiblər…

Azərbaycanda məmurlarla bağlı 2 ziyanlı tendensiya var.
Birincisi odur ki, nazir müavinləri, idarə rəisləri həbs edilir, nazirə isə söz deyən olmur.
Necə ola bilər ki, uzun illər tabeçiliyindəkilər milyonları talasın, amma sənin bundan xəbərin olmasın. Bu heç bir məntiqə sığan məsələ deyil.
İkinci tendensiya isə odur ki, bu dəfə əksinə olur, 1-ci şəxs, məsələn icra başçısı vəzifəsindən gedir, həbs olunur, müavinlərinə, digər vəzifəli şəxslərə gözün üstə qaşın var deyən olmur.
Bu da heç bir idarəçiliyə sığmır.
Axı, icra başçısının 4-5 müavininin, dövlət vəzifəsi daşıyan şöbə müdirlərinin öz “şef”lərinin cinayət əməllərindən xəbəri olmaya bilməzdi.
Deməli, ya bu cinayətə şərikdirlər, ya da cinayəti bilib gizlədiblər.
Cinayəti bilib gizlətməyin özü də cinayətdir.
Bunları yazmaqda məqsədimiz odur ki, uzun illər Nizami Rayon İcra Hakimiyyətinin başçısı olmuş şəxs rayonda yaşıllıqlara qarşı terror edib, ağacları məhv edib. Rayonun ərazisindəki torpaqları dədəsinin malı kimi satıb.
Hətta yüksəkgərginlikli elektrik xətlərinin altını çayxanalara, kafelərə satanlarda olub. Hansı ki, bu insan həyatı üçün çox təhlükəlidir və kütləvi ölümə səbəb ola bilər.
Həmin icra başçıları o qədər həddini aşıb ki, hətta Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Nizami rayonunda saldığı yaşıllıq ərazisində özü üçün restoran tikdirib.
İcra başçısı Nizami rayonunun ən bahalı yerində 30 sot torpaq sahəsini qanunsuz yolla kimə hədiyyə edib ? Bu torpağın milyonlarla dəyəri var.
İllər uzunu rayondakı kazinolardan milyonlarla haqq yığılıb.
Bakıda ən çox qanunsuzluq, dərəbəylik, ərazilərin, küçələrin satışı məhz Nizami rayonunda olub.
Nizami rayonunda, Vərəm Disponserinin yaxınlığında qanunsuz tikilən binalar, kafelər və daha nələr...
Axı, bütün bunların baş verməsi üçün rəsmi sərəncamlar imzalanıb. Həmin sərəncamlar bir neçə şöbədən və müavindən keçəndən sonra qüvvəyə minib.
İndi icra başçıları haqlı olaraq vəzifəsindən uzaqlaşdırılıb. Və yəqin ki, cəzasını çəkəcək.
Bəs başçının 1-cu müavini Məmmədov Qərib Fəzan oğlu nə düşünür ?
Axı, bu qanunsuz sənədlərə imza atanlardan biri də Qərib Məmmədov olub.
Qərib Məmmədov ona görə susub ki, o da digər müavinlər kimi başçıya şərik idi, qanunsuzluqlara göz yumurdu.
Bəlkə Qərib Məmmədovun qanunsuz satılan torpaqlardan, qanunsuz tikintilərdən, yığılan milyonlardan xəbəri olmayıb ?
Axı, birbaşa tikintiyə cavabdeh Qərib Məmmədov idi.
Onu da qeyd edək ki, Qərib Məmmədov Nizami rayonunda oynadığı əməlləri vaxtilə Nəsimi rayonunda edib.
Bəli, Qərib Məmmədov Nəsimi RİH başçısının müavini oldu, o vaxtlar da rayon ərazisindəki qanunsuz tikinti məsələlərinə baxırdı.
İndi sualımız belədir: icra başçısı haqlı olaraq cəzasını aldı və vəzifəsindən uzaqlaşdırıldı. Bəs niyə onun 1-ci müavini Qərib Məmmədov öz vəzifəsini daşımaqda davam edir ?
Bu sualımız təkcə Qərib Məmmədova deyil, eləcə də digər müavinlərə, vəzifə sahiblərinə aiddir.
Qısa məlumat üçün bildirək ki, Qərib Məmmədov 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini Sənaye və Mülki Tikinti ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1977-ci ildə gənc mütəxəssis kimi Nəsimi rayonu Mənzil Təsərrüfatı İdarəsində mühəndis vəzifəsində başlamış, 1985-1993-cü illərdə həmin idarədə böyük mühəndis, baş mühəndis və rəis, 1993-2009-cu illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. 2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir.
(gundelik baki.com)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi