olkepress.com
olkepress.com

Fazil Mustafa Maksim Şevçenko ilə bağlı azərbaycanlılara müraciət etdi

4-09-2021, 18:33

Fazil Mustafa Maksim Şevçenko ilə bağlı azərbaycanlılara müraciət etdi

"Rusiya vətəndaşı olan azərbaycanlıların həmrəyliyi üçün bundan vacib hansı addım ola bilər ki? Maksim Şevçenko vicdanlı, obyektiv və cəngavər bir rus balasıdır, Azərbaycanın da haqq davasında dəstəyini əsirgəməyən bir fədaidir".

Bunu Milli Məclisin deputatı Fazil Mustafa rusiyalı tanınmış jurnalist Maksim Şevçenkonun Rusiya Dövlət Dumasına namizədliyi ilə bağlı fikirlərini bildirərkən deyib.

"Şevçenko indi Rusiyada seçkilərdə namizəd olaraq iştirak edir. Əziz soydaşlarım, istəyirsiniz bir-birinizə and için, istəyirsiniz seçkiyə getməyənə söyüş qoyun, istəyirsiniz yaxınlarınızı, çevrənizi hansısa formada həvəsləndirin, təki onun seçilməsinə bir milli vəzifə kimi baxın! Rusiya vətəndaşı olmayıb burada yaşayan, işləyən azərbaycanlıların da özlərinə xas başqa millətlərdən olan dostları, tanışları, iş ortaqları var, onlara da Şevçenkonu təbliğ edin, bu dəyərli şəxsiyyət görsün ki, Azərbaycan insanı dar məqamda onun haqq işini dəstəkləyənlərə qarşı öz vəfa borcunu unutmur. Qısacası kimin Rusiyada səsvermə hüququ olan hansısa insan kanalı varsa, onu işə salmağa borcludur! Bir neçə gündür Rusiya məkanında tanıdığım, bildiyim insanlarla əlaqə yaradıb seçkidə Maksim Şevçenkonu dəstəkləməklə bağlı xahişimi edirəm", - deyə F.Mustafa bildirib.(yenisabah.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi